"Quba" "Naxçıvan"la, "Ordu" "Lənkəran"la üz-üzə gələcək
19.12.2025 - 10:15
Azərbaycan Basketbol Liqasının X turunda daha iki görüş baş tutacaq.
Apasport.az xəbər verir ki, B qrupunun hər iki matçı bu gün Bakı İdman Sarayında keçiriləcək.
Saat 17:00-da "Quba" "Naxçıvan"la üz-üzə gələcək. "Naxçıvan" 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik "Quba" üçüncüdür.
Günün sonuncu matçında "Ordu" "Lənkəran"la qarşılaşacaq. Bakı klubu 18 xalla qrupda liderdir. 12 xala malik "Lənkəran" dördüncüdür.
Qeyd edək ki, turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. X tura dekabrın 21-də yekun vurulacaq.
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”
- AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib
- Bir dövrün sonu: Ronaldo üçün son dünya çempionatı
- "Azərreyl"in voleybolçusu: "Turnir cədvəlindəki yerimizi qorumağı düşünürük"
- Daha bir Premyer Liqa klubu Filipslə maraqlanır
0
0