Paris-2024: Hidayət Heydərov 1/4 finalda!
29.07.2024 - 13:53
![Paris-2024: Hidayət Heydərov 1/4 finalda!](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a7671e8bbe666a7671e8bbe7172224694266a7671e8bbe466a7671e8bbe5.jpg)
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, millimizin lideri Hidayət Heydərov 73 kq çəkidə İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.
0
0