"Sabah" Çempionlar Liqasında son matçını keçirəcək
16.12.2025 - 09:33
"Sabah" Çempionlar Liqasında son matçını keçirəcək

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Almaniyanın paytaxtı Berlində "Alba" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. "Alba" və Fransanın "Elan Şalon" kollektivləri hərəyə 9 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiyanın "Nimburk" komandası üçüncüdür.