"Sabah" Litva çempionu ilə bacarmadı
10.09.2024 - 16:45
!["Sabah" Litva çempionu ilə bacarmadı](https://ww3.apasport.az/storage/news/2024/september/10/big/66e03d356c31966e03d356c31a172597176566e03d356c31766e03d356c318.jpg)
Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası sonuncu yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:84.
Qeyd edək ki, daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzan "Sabah" Almaniya təmsilçisi "Rostock Seawolves"ə (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.
0
0