"Sabah" "Şəki"ni məğlub edib
06.12.2025 - 01:18
Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün son oyununda "Sabah" "Şəki"nin qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" A qrupunda liderliyini davam etdirir. "Şəki" 9 xalla beşinci sıradadır.
Günün ilk oyununda "Quba" "Sumqayıt"dan üstün olub - 107:90.
Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- Güləşçilərimiz “Zəfər kuboku”nda iştirak edəcək
- "Neftçi Arena"da qollu sülh - YENİLƏNİB
- Sumqayıtda keçiriləcək Azərbaycan – Macarıstan matçının hakimləri açıqlanıb
0
0