Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi
30.09.2026 - 12:44
Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi

UEFA Millətlər Liqasının A Liqasında keçiriləcək Belçika – Türkiyə qarşılaşmasının baş hakimi açıqlanıb.

Apasport.az xəbər verir ki, oktyabrın 2-də baş tutacaq görüşü norveçli hakim Rohit Saggi idarə edəcək.

Qarşılaşma Belçikanın Lyej şəhərindəki “Maurice Dufrasne” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Türkiyə Millətlər Liqasının ilk iki turunda Fransa və İtaliyaya məğlub olub. Belçika isə İtaliyanı 2:0 hesabı ilə məğlub edib, Fransaya 0:1 uduzub. 

Rohit Saggi daha əvvəl də Türkiyə millisinin oyununu idarə edib. Norveçli referi 2024-cü ildə Uels – Türkiyə matçında baş hakim olub.