“Şəki” heyətini amerikalı ilə gücləndirib
11.09.2024 - 16:16
![“Şəki” heyətini amerikalı ilə gücləndirib](https://ww3.apasport.az/storage/news/2024/september/11/big/66e189fa47be166e189fa47be2172605695466e189fa47bdf66e189fa47be0.jpg)
“Şəki” komandası heyətinə daha bir basketbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub amerikalı Karl Consla anlaşıb. Hücumçu mövqeyində çıxış edən basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
“Şəki” daha əvvəl Azərbaycan millisinin üzvü Ərcan Donat və amerikalı Kris Bartonu transfer edib.
0
0