“Qalatasaray”ın kassası dolub-daşır
04.10.2023 - 14:43
“Qalatasaray” kassasını doldurmağa davam edir.
Apasport.az xəbər verir ki, “aslanlar”ın Çempionlar Liqasında bu mövsümkü qazancı 30 milyon avroya yaxınlaşıb.
Turnirin ikinci oyununda səfərdə “Mançester Yunayted”i 2:3 hesabı ilə məğlub edən İstanbul klubu 2,8 milyon avro qazanmış oldu. İlk oyundakı “Kopenhagen” (2:2) bərabərliyindən 930 min avro gəlir əldə edən komanda qruplara vəsiqə qazandığı üçün UEFA-dan 26 milyon 230 min avro alıb.
Qeyd edək ki, qrupda keçirdiyi iki oyundan 4 xal toplayan “cim-bom” turnir cədvəlində lider “Bavariya”dan 2 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
- Azər Bağırov: "Premyer Liqa və birinci liqa arasında fərq var"
- Yunis Hüseynov: “Neftçi”nin nə istədiyini başa düşmürəm” - Müsahibə
- Rəşad Sadıqov: "Matç barədə danışmaq çox çətin və ağırdır" - VİDEO
- "Mançester Yunayted"dən "Fənərbaxça"ya şad xəbər: Kadıköyə gələ bilməyəcək
- Ölkə çempionatı: 1/4 final mərhələsinə yekun vurulub
0
0