Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizəyə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə ilk sınağına Portuqaliyaya qarşı çıxıb.
Milli Gimnastika Arenasında keçirilən görüş saat 19:00-da başlayıb.
Qarşılaşma millimizin 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.
Komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatının Bakıdakı qarşılaşmaları avqustun 28-dək Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 6-dək davam edəcək turnirə Azərbaycanla birlikdə Türkiyə, İsveç və Çexiya ev sahibliyi edir.
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- UFC döyüşçüləri rəqibləri ilə üz-üzə gəliblər
- “Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”
- Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb
- "Siti"dən antirekord