![Yığmamız Ermənistanı məğlub etdi - FOTOLENT](https://ww3.apasport.az/storage/news/2022/july/27/big/62e16d66a64ee62e16d66a64ef165894077462e16d66a64eb62e16d66a64ed.jpg)
18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.
Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib və növbəti mərhələyə çıxmağı təmin edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz Ermənistandan öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) qalib gəlib.
Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.