!["Arsenal" - "Liverpul" matçında sülh, "Yunayted" məğlub olub](https://ww3.apasport.az/storage/news/2024/october/27/big/671e8f87ec65a671e8f87ec65b1730056071671e8f87ec648671e8f87ec659.jpg)
Futbol üzrə İngiltərə Premyer Liqasında IX həftənin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun mərkəzi matçında "Arsenal" doğma meydanda "Liverpul"u qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb.
“Arsenal” 9-cu dəqiqədə Bukayo Saka ilə hesabda önə keçib. "Liverpul" Sakanın qoluna 18-ci dəqiqədə Vircil van Deyklə cavab verib. "Arsenal" 43-cü dəqiqədə Mikel Merino ilə yenidən önə keçsə də, mersisaydlıların misirli futbolçusu Məhəmməd Salah ikinci hissədə hesabı bərabərləşdirib.
Günün digər qarşılaşmalarında "Mançester Yuanyted" səfərdə "Vest Hem"ə məğlub olub (1:2), "Çelsi" isə eyni hesabla doğma meydanda "Nyukasl"ı üstələyib (2:1).
Digər London təmsilçisi "Tottenhem" isə "Kristal Pelas" səfərindən əliboş qayıdıb (0:1).