Andradenin komandasından bərabərlik
15.11.2024 - 22:51
![Andradenin komandasından bərabərlik](https://ww3.apasport.az/storage/news/2024/november/15/big/673798e38e2e6673798e38e2e71731696867673798e38e2e4673798e38e2e5.jpg)
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, onun komandası Afrika Millətlər Kubokunun seçmə məhələsində Misiri qəbul edib.
Matç 1:1 hesablı bərabərliklə nəticələnib.
Patrik matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Andradenin komandası ayın 19-da Mavritaniyanın qonağı olacaq.
0
0