Arda Turan qırmızı vərəqə ilə cəzalandırılıb - VİDEO
15.08.2025 - 00:19
UEFA Avropa Liqasında III təsnifat mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, hazırda "Şaxtyor" "Panatinaikos"la qarşılaşır.
Matçın 82-ci dəqiqəsində Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan meydandan kənarlaşdırılıb. O, hakimin qərarına etiraz əlaməti olaraq referinin üzərinə gedib. Nəticədə mütəxəssis qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, matçın qalibi 90 dəqiqədə müəyyənləşməyib. Tərəflər əlavə vaxtda mübarizəni davam etdirirlər.
- Azərbaycan boks millisi Avropa rekordunu təkrarlayıb
- “Barselona”nın qapıçısına cəlbedici təklif
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- "Azərbaycanda ən yaxşı meydança buradadır" - Miodraq Bojoviç
- Fernandu Santuş: "Çıxışımızda müsbətə doğru böyük dəyişiklik var"
0
0