Avropa Liqası: “Beşiktaş”dan ev qələbəsi - YENİLƏNİB
06.11.2024 - 21:36
![Avropa Liqası: “Beşiktaş”dan ev qələbəsi - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/november/06/big/672aff2e3e251672aff2e3e2521730871086672aff2e3e24f672aff2e3e250.jpg)
Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turuna start verilib.
Apasport.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.
“Beşiktaş” doğma azarkeşləri önündə “Malmö”nü qəbul edib. Türkiyə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdə sabah Norveçdə “Bodo-Qlimt”lə üz-üzə gələcək.
Avropa Liqası
Liqa mərhələsi, IV tur
6 noyabr
19:30 "Beşiktaş" – "Malmö" (İsveç) 2:1
Qollar: Ernest Muçi, 76, Semih Kılıçsoy, 85 - Sören Ryeks, 90+3
0
0