UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, VIII turun ardından yekun turnir cədvəli müəyyənləşib.
Yeni formata əsasən, ilk 8 pillənin sahibi birbaşa 1/8 finala yüksəlib. Bu uğura "Latsio" (İtaliya), "Atletik" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), “Ayntraxt” (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan), “Reyncers” (Şotlandiya) nail olub.
9-24-cü pillələrin sahibləri isə adlarını pley-off mərhələsinə yazdırıblar. “Bodo Qlimt” (Norveç), “Anderlext” (Belçika), FKSB (Rumıniya), "Ayaks" (Niderland), "Real Sosyedad" (İspaniya), "Qalatasaray" (Türkiyə), “Roma” (İtaliya), “Viktoriya” (Çexiya), “Ferentsvaroş” (Macarıstan), "Portu" (Portuqaliya), AZ (Niderland), “Midtyullan” (Danimarka), “Yunion” (Belçika), PAOK (Yunanıstan), "Tvente" (Niderland) və "Fənərbaxça" (Türkiyə) növbəti raunda yüksəlmək üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, pley-off qarşılaşmalarının püşkatması yanvarın 31-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
- Kepadan imtina
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- Daha 2 boksçumuz dünya çempionatının 1/8 finalında
- İqor Ponomaryov: “Yerli məşqçi gətiririksə, ona güvənməli və şans verməliyik” - MÜSAHİBƏ