Fransa prezidenti Emanuel Makron zədə səbəbindən turnirdə iştirak edə bilməyən milli komandanın oyunçularını DÇ-2022 finalına dəvət edib.
Apasport.az xəbər verir ki, dövlət başçısı komandanın Argentina ilə oyununda Kərim Benzema ("Real"), NQolo Kante ("Çelsi") və Pol Poqbanın ("Yuventus") finalda iştirak etməsini istəyib.
Fransanın idman naziri Ameli Udea-Kastera bu məlumatı təsdiqləyib: “Onun bunu istədiyini bilirəm. Bu bir plandır. Gəlin görək logistika və dəstək baxımından nə edə bilərik. Amma prezidentin istəyi odur ki, onlar iştirak etsinlər, bu macərada iştirakı qəbul etsinlər".
Qeyd edək ki, daha əvvəl "Real"ın Kərim Benzemanın Qətərə getməsinə qarşı olmadığı bildirilirdi.
- Qəbələ-Xankəndi ultramarafonunun qalibi: “Dünya bu gözəllikləri görməlidir”
- Fabiyan Buntiç: “Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar"
- Sumqayıtda qolsuz heç-heçə, Zirədə qarşılıqlı qollar - YENİLƏNİB
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- Qadın millimiz 13-cü pilləyə yüksəlib