Benzia oynadı, millisi qələbə qazandı
21.03.2025 - 21:44
"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Botsvanaya qarşı meydana çıxıb.
Səfərdə keçirilən qarşılaşma Yassinin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Benzia 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra Əlcəzair komandası 12 xalla lider mövqeyində qərarlaşıb. Komanda martın 25-də öz meydanında Mozambiklə üz-üzə gələcək.
- Bəxtiyar Musayev: “Qarabağ” bunu mütləq etməlidir, deyə bilmərəm” - MÜSAHİBƏ
- “Formula-2”: Lider treki yarımçıq tərk etdi - FOTOLENT
- AFFA-dan "Turan Tovuz"a zərbə: 20 min ziyana düşdülər
- "Trabzonspor" "Liverpul"da oynamış serb futbolçunu heyətinə qatdı
- Lui van Qal: “Messini dünya çempionu etməli idilər və etdilər də”
0
0