UEFA Çempionlar Liqasının I turunun "Benfika" - "Qarabağ" matçından (2:3) sonra meydan sahiblərinin baş məşqçisi Bruno Lajenin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
"Nəticənin səbəbini əsaslandırmaq çətindir. Bu, bizim istədiyimiz nəticə deyildi. Oyuna yaxşı başlamışdıq, ilk 30 dəqiqə istədiyimiz kimi çıxış etdik. Təəssüf ki, ilk qolu buraxdıqdan sonra nəzarəti əldən verdik. Düşünürəm ki, bu məğlubiyyətdən sonra artıq komanda toparlanmalıdır. Sözlərimi yanlış anlamayın. Siz burda öz işinizi görürsünüz, mən isə öz işimi. Bu gün sizin suallarınızı cavablandırmaq üçün mətbuat konfransındayam".
- Dortmund "Borussiya"sının üzvü Premyer Liqaya gedir
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- Yüksək Liqa: “Neftçi” növbəti matçına çıxacaq
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
- “Qəbələ” – “Neftçi”: EKSPERT gözü ilə