Bu gün matça çıxmalı olan hakimlər içkili halda saxlanılıb
06.08.2024 - 17:07
![Bu gün matça çıxmalı olan hakimlər içkili halda saxlanılıb](https://ww3.apasport.az/storage/news/2024/august/06/big/66b21f79e425066b21f79e4251172294949766b21f79e424e66b21f79e424f.webp)
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Reyncers" matçının hakimləri Polşada saxlanılıb.
Apasport.az xəbər verir ki, buna səbəb onların xuliqanlıq etməsi olub.
Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır. Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib.
- Qurban Qurbanov: "Çempionata istədiyimiz kimi hazırlaşa bilməmişik" - MÜSAHİBƏ
- Vaqif Cavadov: “Limitin ləğvi yerli futbolçulara zərbə ola bilər”
- Makron: "Mavilər"ə azarkeşlik edəcəyik!"
- 21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 futbolçusu açıqlanıb
- Maksim Medvedev: “Favorit onları görürəm, amma İspaniyaya azarkeşlik edəcəyəm”
0
0