Çili millisi Amerika Kubokuna heç-heçə ilə başladı
22.06.2024 - 09:57
![Çili millisi Amerika Kubokuna heç-heçə ilə başladı](https://ww3.apasport.az/storage/news/2024/june/22/big/667669186a11e667669186a11f1719036184667669186a11b667669186a11d.jpg)
ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunda növbəti oyun baş tutub.
Apasport.az xəbər verir ki, A qrupunun ikinci matçında Çili millisi Peru yığması ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, turnirin açılış oyununda son dünya çempionu Argentina Kanadaya qalib gəlmişdi - 2:0.
0
0