"Qarabağ"ın legionerləri qələbəyə sevindilər
26.03.2024 - 13:52
!["Qarabağ"ın legionerləri qələbəyə sevindilər](https://ww3.apasport.az/storage/news/2024/march/26/big/660298edab1d3660298edab1d41711446253660298edab1cf660298edab1d1.jpg)
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Şimali Makedoniya ilə qarşılaşıb. Matç Monteneqro millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Yovetiç vurub.
Veşoviç və Yankoviç oyuna 61-ci dəqiqədə meydana daxil olublar və sonadək oynayıblar.
0
0