Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilir.
Azərbaycan təmsilçisi “Sabah”ın rəqiblərindən biri olan Dortmund “Borussiya”sı öz meydanında İspaniyanın “Vilyarreal” klubunu qəbul edəcək.
Günün mərkəzi qarşılaşması isə Madriddə baş tutacaq. “Real” doğma azarkeşləri önündə İtaliya nəhəngi “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
20:45 AEK (Yunanıstan) – LASK (Avstriya) 1:0
20:45 "Brügge" (Belçika) – "Aston Villa" (İngiltərə) 2:3
23:00 "Borussiya Dortmund" (Almaniya) – "Vilyarreal" (İspaniya) 0:0
23:00 "Portu" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə) 0:0
23:00 "Lill" (Fransa) – "Betis" (İspaniya) 1:0
23:00 "Real" (İspaniya) – "İnter" (İtaliya) 2:0