2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə K qrupunun iki görüşü baş tutub.
Konqo Demokratik Respublikası millisi Özbəkistanla qarşılaşıb. Görüş 3:1 hesabıyla konqoluların xeyrinə başa çatıb. Xallarının sayını 4-ə çatdıran Afrika təmsilçisi qrupu 3-cü pillədə bitirərək pley-offa vəsiqə qazanıb. Özbəkistan 0 xalla sonuncu pillədə qərarlaşıb.
Qrupun digər matçında isə Kolumbiya Portuqaliya ilə üz-üzə gəlib. Matç başladığı kimi qolsuz başa çatıb: 0:0.
Bu nəticədən sonra Kolumbiya 7 xalla qrupdan lider kimi çıxıb. Portuqaliya isə 5 xalla qrup ikincisi kimi adını 1/16 finala yazdırıb.
Hər iki matç Bakı vaxtı ilə saat 03:30-da start götürüb.
DÇ-2026
K qrupu, III tur
28 iyun
03:30. Konqo DR - Özbəkistan 3:1
Qol: E. Şahmurodov, 10, Vissa, 68, 90+1, Mayele, 78
03:30. Kolumbiya - Portuqaliya 0:0
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Məmmədyarov gerilədi, Rəcəbov yerində saydı – FİDE reytinqi
- Autsayderin tarixində 3-cü dəfə
- “Leypsiq” “Frayburq” səfərindən 1 xalla qayıdır