DÇ-26: İspaniyadan inamlı qələbə - YENİLƏNİB
21.06.2026 - 22:03
DÇ-26: İspaniyadan inamlı qələbə - YENİLƏNİB

2026-cı il dünya çempionatında H qrupunun II turuna start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyununda İspaniya millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

Oyun "qırmızı fürya"nın üstünlüyü ilə keçib. Komanda erkən qol vurub. Lamin Yamal səhnəyə çıxıb. Çox keçmədən Mikel Oyarzabal dubla imza atıb.

Matçda son nöqtəni Mark Kukurelya qoyub - 4:0.

Bununla da, İspaniya xallarının sayını 4-ə çatdırıb və qrup lideri olub.

Dünya çempionatı
H qrupu, II tur
21 iyun

08:00. İspaniya - Səudiyyə Ərəbistanı 4:0

Qollar: L. Yamal, 11, M. Oyarzabal, 21, 23, M. Kukurelya, 49

İspaniya: Unai Simon, Pedro Poro, Kubarsi, Laporta, Kukurelya, Pedri, Rodri, Yamal, Olmo, Aleks Baena, Oyarzabal

Səudiyyə Ərəbistanı: Əl Ovais, Saud Abdulhamid, Əl-Tombakti, Lajami, Əl-Əmri, Əl-Harbi, Nasser Davsari, Xaibari, Cuvair, Albrikan, Salem Al-Davsari