32 komandanın iştirakı ilə klublararası dünya çempionatının keçirilməsi sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, Avropa klubları 2025-ci ildə ABŞ-da təşkil olunması planlaşdırılan yarışa qatılmaqdan imtina edib.
Bu ideyanı reallaşdırmaq istəyən FIFA Avropa Klublar Assosiasiyası ilə görüşüb. Lakin klubların sərt mövqeyinə bələd olan FIFA prezidenti Canni İnfantino bu məsələni gündəlikdən çıxarıb. Bir müddət əvvəl UEFA da bu yeniliyə qarşı çıxıb. Bu, klublararası dünya çempionatının ləğvinə səbəb ola bilər.
Qeyd edək ki, FIFA-nın 4 ildə bir dəfə keçirmək istədiyi yarışın mükafat fondu 150 milyon funt sterlinq təşkil etməli idi.
- Ölkə çempionatında növbəti turun oyunlarının vaxtı BİLİNDİ
- Premyer Liqa: “Araz-Naxçıvan” – “Neftçi” matçının hakimi bəlli olub
- “Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub
- Misli Premyer Liqasında komanda sayı artırılacaq
- Nərgiz Səmədova dünya çempionatında bürünc medal qazanıb