Ellardays: “Qvardiola məndən güclü deyil”
03.05.2023 - 22:23
“Futbol planında Qvardiola, Klopp, Arteta məndən güclü deyil”.
Apasport.az xəbər verir ki, bu sözləri “Lids”in baş məşqçisi təyin olunan Sem Ellardays söyləyib.
Baş məşqçi vəzifəsində Xavi Qarsiyanı əvəzləyən təcrübəli mütəxəssisi şətin sınaq gözləyir. O, 17-ci pillədə qərarlaşan komandanı Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlməlidir. Bunu bacaracağı təqdirdə, o, 4 oyuna görə 3 milyon funt sterlinq mükafat qazanacaq.
Maraqlıdır ki, “Lids” şənbə günü “Mançester Siti”nin qonağı olacaq və Ellardays dediklərini Qvardiola qarşısında sübuta yetirməlidir.
- "Qarabağ"ın ÇL matçının bilet qiymətləri - Minimum 40 manat
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırıldı
- "Ştutqart"la oyundan öncə "Fənərbaxça"da 4 itki
- Azarkeşlər Ronaldonun qaldığı otelə basqın etdilər
0
0