Haland 20 illik rekordu təkrarladı
06.10.2022 - 09:00
![Haland 20 illik rekordu təkrarladı](https://ww3.apasport.az/storage/news/2022/october/06/big/633e60b1d37b5633e60b1d37b61665032369633e60b1d37b1633e60b1d37b3.jpg)
“Mançester Siti”nin hücumçusu Erlinq Haland klubun tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, gənc forvard buna Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə matçda fərqlənərək nail olub.
Komandasının 5:0 hesablı qələbəsinə dublla töhfə verən Haland son 20 ildə “Mançester Siti”nin heyətində bütün turnirlərdə keçirdiyi ardıcıl 9 matçda qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Erlinq Haland ilk 3 turdan sonra 5 qolla Çempionlar Liqasında bombardirlər yarışına başçılıq edir.
0
0