PSJ kapitanı ilə yeni müqavilə imzaladı
02.05.2023 - 16:05
![PSJ kapitanı ilə yeni müqavilə imzaladı](https://ww3.apasport.az/storage/news/2023/may/02/big/6450fc976a47e6450fc976a47f16830291436450fc976a47c6450fc976a47d.png)
PSJ futbolçusu Markinyos ilə müqavilənin müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı kapitanı ilə razılaşmasını daha 3 il uzadıb.
Braziliya millisinin də şərəfini qoruyan sağ cinah oyunçusu 2024-cü ildə bitəcək anlaşmanın müddətinin artırılmasından məmnun olduğunu ifadə edərək, uzun müddət Paris klubunun şərəfini qoruduğu üçün xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Markinyos bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb və 2 qol vurub.
0
0