İspaniyadan yubiley qol - 100-ə çatdılar
23.11.2022 - 20:40
![İspaniyadan yubiley qol - 100-ə çatdılar](https://ww3.apasport.az/storage/news/2022/november/23/big/637e4dcccd9d2637e4dcccd9d31669221836637e4dcccd9cd637e4dcccd9d0.jpeg)
İspaniya millisi mundiallarda 100-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, yubiley qoluna DÇ-2022-də Kosta-Rika ilə oyunda Dani Olmo imza atıb.
24 yaşlı hücumçu E qrupunun ilk turu çərçivəsində keçirilən matçın 11-ci dəqiqəsində adını tabloya yazdırıb.
İspaniyalıların ilk qolunu DÇ-1934-də Jose İraraqorri Braziliya ilə matçda vurub.
Qeyd edək ki, hazırda İspaniya yığması oyunda Kosta Rikaya 3:0 hesabı ilə qalib gəlir.
0
0