Mbappe Messinin rekordunu yenilədi
03.11.2022 - 09:10
Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”la keçirilən oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verən forvard turnirdəki ümumi top sayını 40-a çatdırıb.
Fransa millisinin üzvü buna 23 yaş 10 ay 13 günlüyündə nail olub. Mbappe bu göstərici ilə 24 yaş 4 ay 8 günündə ÇL-də 40-cı topunu vuran komanda yoldaşı Lionel Messinin rekordunu yeniləyib.
Qeyd edək ki, “Yuventus”u 2:1 hesabı ilə məğlub edən PSJ 14 xalla qrupu ikinci pillədə tamamlayıb.
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub
- Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda
- “Qarabağ”da ayrılıq
- “Qarabağ” Avropada irəlilədi: “Fənərbaxça”nı geridə qoydu
0
0