"Osasuna"nın yeni baş məşqçisi bəlli olub
27.05.2024 - 23:10
!["Osasuna"nın yeni baş məşqçisi bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/may/27/big/6654c921669f56654c921669ff17168325456654c921669f36654c921669f4.jpg)
İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisini Visente Moreno çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Visente Moreno məşqçilik karyerası ərzində "Xeres", "Ximnastik", "Malyorka", "Espanyol", "Əl-Şabab" və "Almeriya"nı çalışdırıb.
0
0