Millimiz Millətlər Liqasında ikinci yeri tutub
01.05.2025 - 20:29
Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda turnirin keçirildiyi ölkənin təmsilçisi ilə qarşılaşıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.
Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.
- Azərbaycanın ilk peşəkar badmintonçusunun xatirəsinə aid turnir keçirildi - FOTO
- Azərbaycanla oyun öncəsi Fransa millisinin futbolçusu zədələnib
- Əvəzedicilərin yarışında 30-cu turun təyinatları AÇIQLANDI
- “Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus
- “Səbail”də çıxış etmiş futbolçu Premyer Liqa klubunda - RƏSMİ
0
0