Ümumdünya Hündürmərtəbələrdə Şaquli Qaçış üzrə Assosiasiya (TWA) Dünya Turuna yeni ölkənin - Azərbaycanın qoşulduğunu bəyan edib.
Apasport.az xəbər verir ki, qurum sentyabrın 28-də Bakıda "Flame Towers"də keçiriləcək "SkyWinD" turnirindən bəhs edib.
"Bakının "Triterra" triatlon klubu tərəfindən təşkil edilən "SkyWinD" yarışı sentyabrın 28-də Bakının üç məşhur "Flame Towers"dən birində keçiriləcək. Beynəlxalq qaçışçıları və bu tədbir üçün qeydiyyatdan keçən bütün idmançıları salamlayırıq", - deyə TWA tərəfindən bildirilib.
Qeyd edək ki, yarış iştirakçıları 32 mərtəbəni qət etməli olacaqlar. Turnir 60 əmsallıq xal sistemi ilə keçiriləcək.
- Azərbaycan millisi “Strandja” beynəlxalq turnirinə yollandı
- Sudamerikana Kubokunun qalibi bilindi
- Azərbaycanlı idmançı: “Məqsədimiz bayrağımızı yüksəltməkdir”
- Azərbaycanla Türkiyənin Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
- Qurban Qurbanov: “Başqa çıxış yolumuz da yoxdur”