Millimiz Moldovanı məğlub edib
06.04.2026 - 18:27
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığmasını məğlub edib - 8:5.
Millimizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.
- Siyasət Əsgərov: "Əsas çatışmazlıq qol epizodlarından yararlana bilməməyimizdir"
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- Montella qolsuzluqdan gileyləndi – “Hər şeyi yoxladıq”
- “Beşiktaş” müdafiəçisi ilə yollarını ayırdı
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
0
0