Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün Bakıda təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən düşərgəyə ölkənin müxtəlif bölgələrindən ümumilikdə 100 idmançı cəlb olunub.
Hazırlıq prosesinə yığma komandaların məşqçilər heyəti və təcrübəli mütəxəssislər rəhbərlik edir.
Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyan toplanış dekabrın 14-dək davam edəcək. Təlim-məşq proqramı çərçivəsində idmançıların cüdo bacarıqlarının və texniki-taktiki hazırlığının inkişafı, yeni qaydaların və texniki yeniliklərin mənimsənilməsi, həmçinin fiziki hazırlığın artırılması istiqamətində məqsədyönlü çalışmalar həyata keçirilir.
- Əfran İsmayılov: “Mümkün rəqiblərin hamısı potensial təhlükədir”
- "Trabzonspor" 90+3 qolu ilə məğlubiyyətdən qurtuldu
- “Milan”ın gözü kanadalı hücumçuda
- Emin İmaməliyev: “Bizim oynadığımız dövrlə indiki dövr fərqlidir” - Müsahibə
- TRT-dən mundialdakı kuryoz səhvə görə üzrxahlıq: Şərhçi yayım qrupundan uzaqlaşdırıldı