
Bu gün futbol üzrə Azərbaycan millisi növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, yığmamız yoldaşlıq görüşündə Latviya seçməsi ilə qarşılaşıb.
Oyun Riqadakı “Skonto” stadionunda baş tutub.
Matçı maltalı hakim Trustin Farrucya Kann idarə edib.
Gəegin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Yoldaşlıq görüşü
7 iyun
17:00. Latviya - Azərbaycan 0:0
Baş hakim: Trustin Farrucya Kann (Malta)
Riqa, "Skonto" stadionu
Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Baş məşqçi: Fernandu Santuş
Latviya: 23. Rihards Matreviçs, 3. Vitaliys Yaqodinskis, 21. Deniss Meļņiks, 2. Daniels Balodis, 20. Maksims Toņişevs, 16. Alvis Yaunzems, 25. Kristers Penkeviçs, 15. Dmitriys Zelenkovs, 7. Eduards Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza
Eytiyat heyət: 1. Krisyanis Zviedris, 12. Frenks Davids Orols, 22. Alekseys Savelyevs, 13. Raivis Andris Yurkovskis, 6. Kristers Tobers, 8. Renars Varslavans, 11. Qļebs Jaleiko, 24. Kristaps Qrabovskis, 10. Yanis İkaunieks, 9. Vladislavs Qutkovskis, 19. Bruno Melnis, 5. Antoniys Çernomordiys.
Baş məşqçi: Paolo Nikolato
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstanla qarşılaşacaq.