Millimizin rəqibləri bəlli olub
07.11.2024 - 16:31
![Millimizin rəqibləri bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/november/07/big/672cb3402bd47672cb3402bd481730982720672cb3402bd45672cb3402bd46.jpg)
Qadın futbolçulardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk zamanı birinci səbətdə yer alan millimiz 4-cü qrupda Monteneqro və Litvaya rəqib olub.
Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.
0
0