Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi
02.12.2022 - 01:35
![Mundialın daha iki 1/8 final cütü müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2022/december/02/big/63891e7ac924763891e7ac9248166993061863891e7ac924563891e7ac9246.jpg)
DÇ-2022-də qrup mərhələsinin III turunun bu gün keçirilən 4 oyunundan sonra daha iki 1/8 final cütlüyü müəyyənləşib.
Apasport.az xəbər verir ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə dekabrın 5-də, Mərakeş isə İspaniya ilə dekabrın 6-da qarşılaşacaq.
Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə – Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək.
0
0