![Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/april/30/big/66308cf6429bb66308cf6429bc171445784666308cf6429b966308cf6429ba.jpeg)
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Bavariya" və "Real" qarşı-qarşıya gələcəklər.
"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin növbəti matçı sabah - mayın 1-i "Borussiya Dortmund" və PSJ kollektivləri arasında keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Bavariya" (Almaniya) - “Real” (İspaniya) 2:2
Qol: Leroy Sane, 53. Harri Keyn, 57 (p) - Vinisius, 24, 83 (p)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Allianz Arena".