Polşa yığması dünya çempionatlarında ardıcıl 3 penaltidən yararlana bilməyən ilk komanda olub.
Apasport.az xəbər ki, Avropa təmsilçisi son olaraq Qətərdə keçirilən mundialın ilk turunda Meksika millisi ilə oyunda 11 metrlik cərimə zərbəsinə qola çevirə bilməyib.
Bu oyunda ağ nöqtədən dəqiq oynamayan Robert Levandovski həmvətənləri Kazimej Deyna (DÇ-1978) və Matsey Juravskinin (DÇ-2022) "ənənə"sini davam etdirib.
Qeyd edək ki, Meksika - Polşa matçı qolsuz "sülh"lə başa çatıb. Polşalılar mundiallarda indiyədək 35 matçından 6-nı 0:0-la başa vurub ki, bu da 17%-lik göstəricidir. Bu, DÇ-də ən azı 15 oyun keçirmiş komandalar arasında rekord göstəricidir.
- Dövlət başçısı Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB
- Lyuba Baranin: “Mən hər zaman Azərbaycan futboluna baxıram, məlumatlıyam” - MÜSAHİBƏ
- Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
- “Zirə” finalda
- Macarıstanlı hücumçu: “Qarabağ”a qarşı oynamaq istəyirəm”