![Qonsalu Ramuş: "Ronaldo hamı ilə danışdığı kimi mənimlə də danışdı"](https://ww3.apasport.az/storage/news/2022/december/07/big/638fbe5e47f40638fbe5e47f411670364766638fbe5e47f3c638fbe5e47f3e.jpg)
“Növbəti oyunun əvvəlində start heyətdə başlayacağam? Bunlar mənə verilməməli suallardır".
Apasport.az xəbər verir ki, bunu Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş deyib.
21 yaşlı hücumçudan Kriştianu Ronaldonun dünya çempionatının 1/8 final mərhələsinin İsveçrə ilə oyununda (6:1) ehtiyatda olmasına necə münasibət bəsləməsi soruşulub:
"Ehtiyatda olmasına necə reaksiya verdi? Hamı ilə danışdığı kimi mənimlə də danışdı. O, kapitandır və həmişə kömək etməyə çalışır. Hər şey çox yaxşı keçdi.
Qeyd edək ki, Portuqaliya millisinə 4 oyuna 4 qol vuran Qonsalu Ramuş Qətərdə keçirilən dünya çempionatında ilk het-trikə imza atıb.