AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının IX turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
“Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.
“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.
“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.
- Entoni daha bir təcavüzdə günahlandırılır: “Məni itələdi və nəticədə...”
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
- Millinin baş məşqçisi: "Hədəf yüksək nəticələr qazanmaqdır"
- “Qarabağ”ın oyununda bir dəqiqəlik sükut
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə