Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Fransa millisinin üzvü İran klubunda - Rəsmi
- Murad Musayev: "Keçən ilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq... "
- "Qalatasaray"lı futbolçu Rusiya klubu ilə anlaşıb