Udinedə 4 qol vuruldu, qalib müəyyənləşmədi
29.12.2024 - 19:12
![Udinedə 4 qol vuruldu, qalib müəyyənləşmədi](https://ww3.apasport.az/storage/news/2024/december/29/big/677167557239c677167557239d1735485269677167557239a677167557239b.jpeg)
İtaliya A Seriyasında XVIII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
"Udineze" "Torino"nu qəbul edib. Gərgin keçən matçda qapılara 4 qol vurulub. Hərəyə iki dəfə fərqlənən komandalar 1 xalla kifayətləniblər.
Qeyd edək ki, günün daha üç oyunu bu gün baş tutacaq.
İtaliya A Seriyası
XVIII tur
"Udineze" - "Torino" - 2:2
0
0