Mayın 17-də 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 34 klub və idman cəmiyyətindən olan 152 cüdoçu (128 oğlan, 24 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
ACF Kuboku Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.
- İkardi karyerasını bitirir?
- Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”
- Musleradan karyera rekordu: Avropada da iz buraxdı
- Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
- "Barselona" Levandovskini Ukrayna millisinin futbolçusu ilə əvəz edə bilər