Boksçularımız Monteneqro kubokuna yollanıblar
13.03.2026 - 10:53
Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.
Apasport.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.
Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.
- Vlahoviç addım-addım “Beşiktaş”a - İllik 8 milyon avro
- Şahmat üzrə ölkə çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
- Cüneyt Biçer: “Mahirin heyətə düşüb-düşməməsi öz əlindədir” - MÜSAHİBƏ
- Millinin futbolçusunun evində yanğın
- Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkü atılıb - FOTO
0
0