Boksçumuz Macarıstandakı turnirdə qalib olub
23.12.2024 - 13:56
Azərbaycan boksçusu Tayfur Əliyev (60 kq) “HELL Boxing Kings”də mövsümün çempionu olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli boksçu Kovaç Kruzito ilə qarşılaşıb. 6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.
- "Şirvan" və "Şəki Siti"dən qələbə
- Millimizin baş məşqçisi yeniyetmə və gənc voleybolçularla görüşüb
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- ÇL: “Araz” Şimali İrlandiya klubunu darmadağın edib
- "Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı
0
0