Fransalı futbolçu komandada qalacaq: PSJ onu satmaq niyyətində deyil
24.06.2025 - 16:50

Bredli Barkolanın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, PSJ adı bir çox Premyer Liqa klubu ilə hallanan futbolçunu satmaq niyyətində deyil.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paris təmsilçisi gənc oyunçunu komandada saxlamağı planlaşdırır. Klub onunla yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Qeyd edək ki, 22 yaşlı hücumçu 2023-cü ilin yayında “Lion”dan 45 milyon avro qarşılığında transfer edilib.
- "Qalatasaray" Yunus Akgünü komandada saxlamaq istəyir
- Paris-2024: Yaşar Nəcəfov məğlub oldu
- İkiqat çempion II Liqada - YENİLƏNİB
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Ayxan Abbasov: "Bir az səbirli olsalar," Qarabağ"a rəqib olacaqlar" - Müsahibə
0
0