Yığmamız dünya çempionatına yollanıb
07.03.2025 - 13:56

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.
Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.
- Millinin futbolçusu klub tapmadığı üçün karyerasını bitirdi
- DÇ-də 5 qadın güləşçimiz mübarizə aparacaq
- Vadim Vasilyev: "Onlara yeyib-içən deyirlər, mənə "alkaş" - MÜSAHİBƏ
- Azərbaycan Güləş Federasiyası BƏYANAT YAYDI
- Adil Hüseynov: “Ümidvaram ki, “Qarabağ” “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyacaq”
0
0