Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Hidayətə tezliklə sağalaraq tatamiyə daha güclü qayıtmasını arzulayır, cüdoçularımıza isə Avropa çempionatında uğurlar diləyirik!
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
- Avropa Liqası: "Fənərbaxça"nın 1/8 finaldakı rəqibi müəyyənləşdi - YENİLƏNİB
- FİFA-ya mundialdan götürəcəyi gəlir - 4 milyard 666 milyon dollar
- Avropa Liqasında “Qarabağ”dan REKORD
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib
- Mahir Emreli: "Daha çox oynasaydım, nəsə etmək olardı" - Müsahibə